Məşhur reper həbsdəki sevgilisinin portretini üzünə döydürdü
Amerikalı reper və realiti-şou ulduzu, Krisin Rok kimi tanınan Krisin Meloun həbsdə olan sevgilisinin portretini üzünə döymə etdirib.
Gundem.az lent.az-a istinadən xəbərinə görə, 23 yaşlı məşhur ifaçı yanağına uşağının atası Blueface təxəllüsü ilə çıxış edən 27 yaşlı reperin obrazını çəkdirib.
O, paylaşdığı şəklin altında "Sevgilimi azad edin" şərhini yazıb.