Türkiyənin ilk qadın rejissorlarından biri 81 yaşında vəfat etdi - FOTO
Türkiyəli rejissor və senari müəllifi Birsen Kaya dünyasını dəyişib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ölkənin ilk qadın rejissorlarından olan Birsen 81 yaşında vəfat edib.
Bu barədə rejissor Biket İlhan məlumat yayıb. O həmkarının vəfatına görə kədərləndiyini bildirərək yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, Birsen Kaya 1943-cü ildə İstanbulda doğulub.
1963-cü ildə "Artist" adlı jurnalda çalışıb. Daha sonra türk rejissor Halit Refiğin köməkçisi olub. Onun ilk filmi "Gurbet Kuşları" adlanır.
O Halit Refiğin köməkçisi olduğu dövrlərdə 200-dən çox film çəkib. "Genelevde Kirli Evler" adlı erotik film çəkərək həmin dövrdə Türkiyədə ilk imza atdı. Birsen Kaya 11 filmin senari müəllifliyini edib.
BAKU.WS
