Image

Ürək xərçənginin əlamətləri: Ehtiyatlı olun!

Ürəyin bədxassəli şişi olan angiosarkoma ən çox 45 yaşdan yuxarı kişilərdə diaqnoz qoyulur və xəstəlik uzun müddət asemptomatik keçir. Ürək şişlərinin konkret olaraq nədən əmələ gəldikləri məlum deyildir. 

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ürəyin angiosarkoması miokard toxumasında inkişaf edən bədxassəli yenitörəmə növlərindən biridir.

Endotel hüceyrələrindən əmələ gəlir və bir qayda olaraq sağ atrium və perikarda təsir göstərir.

Çox vaxt patoloji 45 yaşdan yuxarı kişilərdə diaqnoz qoyulur.

Angiosarkoma nadir xəstəlikdir, qeydə alınan ürək-damar xəstəliklərinin ümumi nisbətində bu, 0,2% təşkil edir.

Xəstəlik tez-tez gec mərhələlərdə diaqnoz qoyulur, çünki uzun müddət asemptomatikdir və exokardioqrafiyada kiçik şişlər görünməyə bilər.

Bundan əlavə, angiosarkomanın bir çox təzahürləri simptomların qeyri-spesifikliyi səbəbindən tamamilə fərqli xəstəliklərə aid edilir. Tipik olaraq, xəstələr qolların və ayaqların şişməsindən, qarın ətrafının artmasından, boyun damarlarının şişməsindən, nəfəs darlığından, taxikardiyadan, hipotansiyondan, şiddətli zəiflikdən və gündəlik fiziki fəaliyyətləri yerinə yetirməkdə çətinlikdən (sürətli yerimə, pilləkənlərə qalxma), ürək ağrısından, başgicəllənmədən şikayət edirlər.

Ümumilikdə isə xəstəliyin irəlilədiyi dövrdə qızdırma, halsızlıq və bənzər infeksiya və ya xərçəng xəstəliyi aşkar edilir. 

Yüksək radiasiyaya məruz qalan insanlarda, həmçinin spirtdən və tərkibində kanserogen olan qidalardan sui-istifadə edənlərdə ürək sarkomasının inkişaf ehtimalı artır.

Angiosarkomanın dəqiq səbəbləri müəyyən edilməyib.

BAKU.WS

Xəbər lenti