Image

Çexiya Deputatlar Palatasının sədri Azərbaycana gələcək

Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova fevralın 1-də Azərbaycana səfər edəcək.

Bu barədə Gundem.az-a Çexiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Çexiya parlamentinin Deputatlar Palatası sədrinin regiona səfərinin mühüm hissəsini Bakıya səfər təşkil edir.

Qeyd edək ki, M.P.Adamova hazırda Ermənistanda səfərdədir.

Mənbə: gundem.az

Xəbər lenti