Image

180-ə yaxın ölkədən qədim əşyaların toplandığı əntiq mağazadan fotoreportaj

Əntiq əşyaların yer aldığı bu mağazada müxtəlif dövrlərə aid saatlar, samovarlar, qəzetlər, markalar, suvenirlər, bəzək və məişət əşyaları toplanıb.

BAKU.WS PhotoStock.az-a istinadla məlumat verir ki, kolleksiya gündəlik həyatın, məişət mədəniyyətinin və estetik zövqün illər boyu necə dəyişdiyini aydın şəkildə əks etdirir.

Burada hətta XVI-XVII əsrlərə aid qədim əşyalar da yer alır və bu nümunələr tarixi baxımdan xüsusi əhəmiyyət daşıyır.

Mağazada Osmanlı, Şirvanşahlar və Səfəvi dövlətlərinə aid sikkələr, həmçinin 170-180 ölkəni təmsil edən müxtəlif pul vahidləri toplanıb. Ümumilikdə mağaza tarixə və əntiq əşyalara maraq göstərənlər üçün zəngin şəkildə formalaşdırılmış kolleksiyadır.

180-ə yaxın ölkədən qədim əşyaların toplandığı əntiq mağazadan fotoreportajı təqdim edirik:

Qalereya

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb