Azərbaycan və Ermənistan sərhəd komissiyalarının iclası başa çatıb
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti altıncı iclası keçirilib.
Bu barədə BAKU.WS-ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
İclas iki ölkə arasındakı sərhəddə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında baş tutub.
BAKU.WSMənbə: baku.ws