Türkiyə bankları rusiyalı müştərilərin hesablarını bağlamağa başlayıb
Türkiyə bankları Rusiya şirkətlərinin hesablarını bağlamağa başlayıb, həmçinin fiziki şəxslərin kart açmaq şərtlərini sərtləşdirib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyədə ticarətlə məşğul olan iş adamları danışıb.
“Bəzi maliyyə təşkilatları şirkətlərin hesablarını bağlamağa başlayıb və kart almağı planlaşdıran şəxslər üçün tələbləri artırıb.
İlin əvvəlində biznes qurumları artıq Rusiya ilə Türkiyə arasında ödənişlərin dayandırılmasından şikayətlənirdilər”, - “Vedomosti” qəzeti biznes assosiasiyalarının nümayəndələrinə istinadən yazır.
İş adamlarının fikrincə, Türkiyə banklarının siyasətləri 22 dekabr 2023-cü ildən sonra sərtləşməyə başlayıb.
Halk TV artıq Qərbin sanksiyalarından sonra türk banklarının Rusiya müştəriləri ilə gözlənilən problemləri barədə məlumat yayıb. Onlar Baydenin yeni qanununun Türkiyə iqtisadiyyatına mənfi təsir edəcəyini qeyd ediblər.
Buna baxmayaraq, məlumatlı mənbələr Rusiyadan Türkiyəyə pul köçürmələri ilə bağlı çətinliklərin yanvarda aradan qaldırıla biləcəyini proqnozlaşdırırdılar.
BAKU.WS