Image

“Böyük Seva” kimi tanınan jurnalist əməliyyatdan sonra palataya köçürülüb

Jurnalist Sevda Həsənova 3 gün əvvəl beyin əməliyyatı keçirib, hazırda palata şəraitində müalicəsi davam edir və vəziyyəti stabildir. Bu barədə Qafqazinfo məlumat verib. 

Respublika Neyrocərrahiyyə Xəstəxanası bildirib ki, 55 yaşlı jurnalist reanimasiya şöbəsindən Baş-beyin şöbəsinə köçürülüb və müalicəsi palata şəraitində davam etdirilir.

Sevda Həsənova 1994–2006-cı illərdə ANS telekanalında çalışıb, daha sonra istipress.com saytında fəaliyyət göstərib.

Mənbə: anews.az

Xəbər lenti