Image

Kosovoda serb dinarının istifadəsi qadağan edilib

Serb valyutası dinarın Kosovoda istifadəsini qadağan edən qərar qüvvəyə minib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Kosovoda ödəniş əməliyyatlarında köklü dəyişikliyi ehtiva edən qərar bu gündən etibarən qüvvəyə minib.

Ölkədə serblərin əksəriyyətinin yaşadığı bələdiyyələrdə Serb valyutası dinardan istifadə qadağan edilib.

Beləliklə, avro Kosovoda ödəniş sistemində istifadə edilməsinə icazə verilən yeganə valyuta olub.

BAKU.WS

Xəbər lenti