Bütün Türkiyə bu cinayətdən danışır - TÜKÜRPƏDƏN QƏTL
Qarsın Kağızman rayonunda 3 il əvvəl yaşadığı evdə sənədsiz tapança ilə başından vurularaq intihar etdiyi iddia edilən 13 yaşlı B.K adlı qızın namus qətlinin qurbanı olduğu məlum olub.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə 2021-ci il dekabrın 21-də Qarsın Kağızman rayonu, Qarabağ kəndində baş verib.
B.K.-nın evdə olan sənədsiz tapança ilə başına atəş açması xəbərindən sonra ünvana jandarma və sağlamlıq qrupu cəlb edilib.
Hadisə bardə ifadələri alınan ailə üzvləri B.K.-nın intihar etdiyini iddia edib.
İnsidentlə bağlı araşdırma aparan Respublika Baş Prokurorluğunun göstərişi ilə Qars İl Jandarma Komandanlığı tərəfindən JASAT əməkdaşlarından ibarət birgə xüsusi qrup yaradılıb.
Sənədlər daxilində sübutların yenidən araşdırılması və əldə edilən yeni məlumatların qiymətləndirilməsi nəticəsində, B.K.-nın atası M.K. (65), anası F.K. (59), qardaşları İ.K. (36), M.K. (18) və B.K. (16) saxlanılıb.
Saxlanılan ailə əvvəlcə qızlarının intihar etdiyini iddia etsə də, lakin sonradan verilən ifadələrdə B.K.-nın ailənin verdiyi qərarla - "namus məsələsi" bəhanəsi ilə öldürüldüyü üzə çıxıb.
Mərhumun atası M.K. və böyük qardaşı İ.K. tutularaq həbsxanaya göndərilib.
Anası F.K. və qardaşları M.K. ilə B.K. məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
BAKU.WS