2024-cü ilin yanvarında Antalyaya gələn xarici turistlər arasında ruslar üstünlük təşkil edib
2024-cü ilin yanvarında Türkiyənin kurort şəhəri Antalyaya gələn bütün xarici turistlər arasında ruslar çoxluq təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Turizm Operatorları Assosiasiyası məlumat yayıb.
Antalya Hava Limanından verilən məlumatlar göstərir ki, 2024-cü ilin yanvar ayında Türkiyənin kurort zonasına 53 856 Rusiya vətəndaşı gəlib ki, bu da həmin ay xarici turistlərin ümumi sayının 24%-ni təşkil edib. Bu, ötən illə müqayisədə 22% az olmasına baxmayaraq, ekspertlər bu rəqəmi normal adlandırıblar.
2023-cü ilin yanvarında ruslar tərəfindən Antalyada daşınmaz əmlaka qeyri-adi dərəcədə yüksək tələbat müşahidə edilib və bu, turist axınına böyük təsir göstərib.
2024-cü ilin yanvarında Antalyada Rusiya turist axınının 2021-ci ilə nisbətən 55%, 2022-ci ilə nisbətən isə 32,5% artdığını göstərir. Onu da qeyd etmək lazımdır ki, 2024-cü ilin yanvar ayı göstəricisi pandemiya başlamazdan əvvəl olan 2020-ci ilin yanvar ayı rekordundan cəmi 5,7% azdır.
BAKU.WS