Image

“Liverpul”a daha bir zərbə - Hücumçu yaralandı

"Liverpul"un hücumçusu Darvin Nunez İngiltərə Premyer Liqasının 21-ci turunun "Çelsi" ilə oyununda (4:1) ayağından zədə alıb.

Gundem.az bildirib ki, futbolçunun fevralın 4-də “Arsenal”la keçiriləcək oyunda iştirakı sual altındadır.

Klubdan verilən məlumata görə, Nunez stadionu qoruyucu buts geyinərək tərk edib. "Onun heç bir sınığı yoxdur, ancaq ayağı şişib."

Qeyd edək ki, Darvin Nunez 2022-ci ildən "Liverpul"da çıxış edir. Uruqvaylı hücumçu Mersisaydlılara Portuqaliyanın "Benfika"sından keçib. Bu mövsüm Darvin Premyer Liqada 21 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.

Mənbə: gundem.az

Xəbər lenti