Məşhur aktyor yuxuda vəfat etdi - FOTO
“Rokki” filminin aktyoru Karl Uezers dünyasını dəyişib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə aktyorun yaxınları və meneceri bildirib:
"Karl Uezersin ölümü bizi dərindən sarsdı. O, qeyri-adi həyat tərzi sürən insan idi. Film və kino sahəsinə verdiyi töhfələrlə silinməz iz buraxdı və bütün dünyada tanındı".
Aktyorun yuxuda vəfat etdiyi qeyd edilib. Onun hansı səbəbdən öldüyü isə açıqlanmayıb.
Xatırladaq ki, prodüser, rejissor, həm də keçmiş peşəkar futbolçu olan Karl Uezers 1948-ci ildə ABŞ-dədə doğulub.
O dünyada “Rokki” və “Yırtıcı” filmlərinin uduzu kimi məşhurlaşıb. Yaradıcılığı boyunca 75-dən çox ekran işində rol alıb.
BAKU.WS





