Image

Türkiyədə güclü yanğın - FOTO

Türkiyənin Kocaeli vilayətində güclü yanğın başlayıb. Hadisə Gebze rayonunda ətir və boya istehsal edilən fabrikdə baş verib.

Gundem.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə vilayətin administrasiya rəhbəri Seddar Yavuz xəbər verib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan yoxdur.

Yanğının səbəbləri araşdırılır.

Məqaləyə dair fotomateriallar:

Xəbər lenti