Kalın İPLƏRİ ƏLA ALDI: HƏMAS lideri ilə nələr müzakirə eilib?
Türkiyə Milli İstifarat Təşkilatının (MİT) sədri İbrahim Kalın Qətərin paytaxtı Dohada HƏMAS Siyasi Bürosunun sədri İsmail Haniyə ilə görüşüb.
Gundem.az xəbər verir ki, görüşdə əsir mübadiləsi, Qəzzada baş verənlər, atəşkəsin yaradılması və mühasirəyə son qoyulması kimi məsələlər müzakirə edilib.
Görüşdə həmçinin Fələstin xalqına humanitar ehtiyacların çatdırılması üçün nələrin edilə biləcəyi müzakirə olunub.
Toplantıda paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasının bölgədəki sabitliyin əsası olduğu vurğulanıb