Türkiyə Ordusu İraqın şimalında 5 terrorçunu zərərsizləşdirib - VİDEO
Türkiyə Ordusu İraqın şimalında 5 PKK terrorçusunu zərərsizləşdirib.
Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
"Harada olursa-olsunlar, biz terrorçuların yuvalarını dağıtmışıq, onları məhv edirik və məhv etməyə davam edəcəyik!
Qərarlı əməliyyatlarımız nəticəsində İraqın şimalında Hakurk və Pəncə-Kilit bölgələrində aşkarlanan 5 PKK terrorçusu Türkiyə Silahlı Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib.
Biz terroru mənbəyində məhv etmək əzmindəyik",- məlumatda qeyd olunur.
BAKU.WS