Image

Putinin Türkiyə səfərinin TARİXİ AÇIQLANDI - Gündəmdə bu mövzular var

Rusiya Prezidenti Vladimir Putin fevralın 12-də Türkiyəyə səfər edəcək. Bu barədə “Reuters”, anonim türk rəsmisinə istinadən məlumat yayıb. Qeyd olunur ki, bu, Rusiya liderinin 2020-ci ildən sonra NATO ölkəsinə ilk səfəri olacaq.

Bununla bağlı Gundem.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Putinin səfəri ilə bağlı artıq bəzi detallar bəlli olub:

“Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirdi ki, Putinin səfərində əsas ikili münasibətlərə diqqət yetiriləcək. Burada “Akkuyu” AES-in tikintisindən tutmuş, iqtisadi əlaqələrin artırılması, qarşılıqlı investisiyaların qoyulması və.s kimi mövzular gündəmdə olacaq. Eyni zamanda regional məsələlər müzakirə ediləcək. Yəni, Ukrayna savaşı, taxış sazişi, Suriya, Liviya, Qəzzadakı vəziyyət...Putinin gündəmi çox genişdir. Həmçinin, beynəlxalq səviyyədə baş verən proseslərin, xüsusilə də son dövrlər artan müharibə təhdidlərinin müzakirəsi gözləniləndir”.

Müsahibimiz xatırladıb ki, Rusiya liderinin səfəri əslində 2023-cü ildə baş tutmalı idi:

“Hər iki dövlət ətrafında baş verən hadisələr səfər planını təxirə saldı. Amma gözlənilən səfərdə artıq tərəflər müəyyən dərəcədə qarşıya doğru addım atmış olacaq. Bu baxımdan, Putinin Türkiyəyə səfəri çox önəmlidir. Burada rus hərbçilərinin Qarabağdan çıxarılması məsələsi də müzakirə oluna bilər. Hətta Azərbaycan-Ermənistan arasında imzalanmalı olan sülh sazişinin də liderlərin gündəmində olması mümkündür. Bu, hər iki dövləti maraqlandıran məsələdir. Cənubi Qafqaz regionu həm Türkiyə, həm də Rusiya üçün önəmlidir”.

Mənbə: gundem.az

Xəbər lenti

Sabah 37 dərəcə isti olacaq

"Brent" bahalaşdı

Estoniya Rusiyaya nota verib