Maykl Ceksonun qızı pul müqabilində 80 döyməsini gizlətdi
2024-cü il Qremmi mükafatının izləyiciləri müğənni və aktrisa Paris Ceksonun döymələrinin olmamasına diqqət çəkib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, o, bədənindəki döymələri sevməsinə baxmayaraq mərasimə yeni Celine kolleksiyasından qara libasda çıxıb. Bu səbəbdən də tatularını sildirib.
Maykl Ceksonun qızı açıqlamasında bildirib ki, bunu diqqəti libasdan yayındırmamaq üçün edib.
Tatu həvəskarı onları kosmetik marka ilə müqavilə çərçivəsində gizlədib. Tonal krem istehsalçısı 25 yaşlı Ceksonun bədəninin başdan ayağa tonal kremlə örtüldüyünü göstərən video yayımlayıb.
BAKU.WS