Qazaxıstan prezidenti hökuməti istefaya göndərib
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə hökumətini istefaya göndərib, Nazirlər Kabinetinin istefasından sonra nazirlər yeni hökumətin təsdiqinə qədər öz vəzifələrini icra edəcəklər.
BAKU.WS xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin saytında məlumat verilib.
“Qazaxıstan Respublikası Konstitusiyasının 70-ci maddəsinə uyğun olaraq, qərara alıram: Qazaxıstan Respublikası Hökumətinin istefasını qəbul edim”, – deyə bəyanatda deyilir.
Lakin Qazaxıstan prezidentinin qərarının səbəbləri barədə məlumat verilməyib.
BAKU.WS