Image

Azərbaycan XİN Çilidəki meşə yanğınlarında həlak olanlarla bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilidəki meşə yanğınlarında həlak olanlarla bağlı başsağlığı verib.

Bu barədə XİN-in "X" səhifəsində paylaşım edilib.

"Çilidə baş vermiş meşə yanğınlarında ölənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu böyükmiqyaslı faciə ilə mübarizə aparan Çili xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik", - paylaşımda deyilir.

Qeyd edək ki, Çilinin Valparaiso regionunda baş verən meşə yanğınları nəticəsində azı 122 nəfər ölüb.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

"Brent" bahalaşdı

Estoniya Rusiyaya nota verib