14 min evə ziyan vuran meşə yanğınlarının peyk görüntüləri - FOTO
Çilini ağuşuna alan meşə yanğınları genişlənməyə davam edir.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə ölənlərin sayı 112-yə çatıb, çox sayda insan itkin düşüb, 14 min evə isə ziyan dəyib.
Çili prezidenti Qabriel Boric bildirib ki, ölkəsi böyük bir faciə ilə üzləşib.
Yanğından ən çox zərər çəkən bölgələrdən biri olan Vina del Marda yaşayış məskənləri yaxınlığında baş verən yanğının törətdiyi dağıntılar ABŞ-ın peyk görüntüləmə şirkəti Maxar tərəfindən paylaşılan fotolarda öz əksini tapıb.
Hazırda bölgədə can itkisinin artacaöı ehtimal edilir.
BAKU.WS


