Image

İstanbul əhalisinin sayı AZALIR - STATİSTİKA

Rəsmi məlumatlara əsasən, Türkiyənin ən böyük şəhəri olan İstanbulun əhalisinin sayı 2023-cü ildə azalıb.  Gundem.az xəbər verir ki, İstanbulun əhalisi sonuncu dəfə 2020-ci ildə azalmışdı.  2023-cü ildə İstanbulun əhalisinin sayında azalma 252 min 27 nəfər olub. 

2022-ci ildə 15,91 milyon nəfər olan İstanbulun əhalisinin sayı 2023-cü ilin sonunda 15,656 milyon nəfərə düşüb.  Rəsmi məlumatlarda qeyd edilir ki, Türkiyə əhalisinin 18,34 faizi İstanbulda yaşayır. (Sfera.az)

Xəbər lenti