Kiyevə raket hücumu, şəhərin bir hissəsi işıqsız qaldı
Kiyevə səhər saatlarında olan raket hücumları nəticəsində şəhərin bir hissəsi işıqsız qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko açıqlayıb.
Bildirilib ki, Kiyevdə iki yüksək gərginlikli xətt raket zərbələri nəticəsində zədələnib.
Bəzi ərazilər elektrik enerjisiz qalıb.
"Təhlükəsizlik şəraiti imkan verən kimi energetiklər avadanlığı yoxlayacaq, səbəbləri öyrənəcək və işığın mümkün qədər tez bərpası üçün mümkün olan hər şeyi edəcək. Özünüzə diqqət yetirin. Energetiklərə və hava hücumundan müdafiə sistemizə güvənin" - mesajda deyilib.
BAKU.WS