Image

BAKU TV Türkiyədə səsvermə prosesindən son durumu təqdim edir - VİDEO

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar Türkiyədəki həmyerlilərimiz səsvermə prosesində fəal iştirak edir.

BAKU TV Türkiyəki diplomatik korpusda təşkil edilmiş səsvermə prosesi ilə bağlı reportajlar təqdim edib.

Səsvermə bitdikdən sonra səslər Türkiyədə sayılacaq və Azərbaycana təqdim ediləcək.

Qeyd edək ki, xarici ölkələrdən prezident seçkisi üzrə ən çox seçki məntəqəsi qurulan ölkələrdən biri Türkiyədir. Azərbaycanın Türkiyədəki səfirliyi, İstanbul və Qars şəhərlərindəki baş konsulluqları tərəfindən seçki prosesinə saat 08:00-dan (Bakı vaxtı ilə - 09:00) start verilib.

BAKU.WS

Xəbər lenti