Image

“Narazılıq görmədim” – Faiq Ağayevdən seçkilərlə bağlı AÇIQLAMA

Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə prosesi davam edir. Səsvermə saat 19:00-da başa çatacaq.

 Gundem.az xəbər verir ki, Xalq artisti, müğənni Faiq Ağayev də bununla bağlı Sfera.az-a açıqlama verib.

O, hazırkı saatlarda səsvermə prosesində iştirak etdiyini deyib:

“Vətəndaşlar səsvermə hüququndan istifadə edir, məntəqələrdə yetərincə insanlar var idi. Hər şey çox sakitdir. Bir narazılıq müşahidə etmədim”.

Xalq artisti əlavə edib ki, vətəndaşlar istəyərək və gülümsəyərək səsvermədə iştirak ediblər:

Mənbə: gundem.az

Xəbər lenti

Estoniya Rusiyaya nota verib