Image

Əcnəbi müşahidəçilər seçki təəssüratlarını Baku TV-yə bölüşdü

Fevralın 7-də Azərbaycan keçirilən növbədənkənar prezident seçkilərini həm paytaxt, həm də bölgələrdə müxtəlif beynəlxalq təşkilatlar və ölkələri təmsil edən müşahidəçilər izləyirlər.

Qazaxıstandan parlamentindən olan müşahidə heyəti seçicilərin öz namizədlərinə azad və sərbəst səs verməsi üçün lazımi şəraitin yaradıldığını bildiriblər.

Aydos Sarım BAKU TV-yə deyib ki, seçki məntəqələrində fəallıq müşahidə ediblər: "Səhər Sumqayıtda idik. Sonra Bakıda işimizi davam etdirdik. Harada olduqsa, çoxlu sayda insanların sçekidə iştirak etdiyini gördük".

Səsvermə prosesini izləyən Mərakeşdən olan nümayəndə heyəti isə Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin şəffaflığından əmin olduqlarını dilə gətiriblər.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Estoniya Rusiyaya nota verib