Image

Tehranda partlayış səsləri: Xameneinin iqamətgahının hədəf alındığı iddia olunur

Şənbə günü Tehran şəhərinin mərkəzində yerləşən və İranın ali lideri Əli Xameneinin əsas iqamətgahı kimi tanınan obyektin hücuma məruz qaldığı iddia olunur.

 Hadisənin nəticələri, mümkün dağıntılar və itkilər barədə hələlik rəsmi açıqlama verilməyib Bununla yanaşı, paytaxtın müxtəlif ərazilərində partlayış səslərinin eşidildiyi, bəzi rayonlarda isə qatı tüstünün müşahidə olunduğu bildirilir. Yerli mənbələr təhlükəsizlik qüvvələrinin hadisə yerlərinə cəlb edildiyini qeyd edir.

İranın rəsmi qurumları tərəfindən hələlik hadisənin səbəbi, mümkün hədəflər və zərərçəkənlər barədə məlumat açıqlanmayıb.

Xəbər lenti

Kiyevdə matəm elan edilib