Image

İsrail HHM vasitələri İran raketini zərərsizləşdirib

İrandan mərkəzi İsrailə atılan bir raket hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

BAKU.WS xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.

Hələlik xəsarət alanlar barədə məlumat yoxdur.

"İrandan raketlərin atılmasından sonra şimali İsraildə yeni siren səsləri eşidilir", - deyə məlumatda qeyd olunub.

***12:49

İran raketlərinin növbəti dalğası İsrail ərazisinə buraxılıb.

BAKU.WS bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir.

***12:23

İran İsrailə raket zərbələri endirib.

BAKU.WS bu barədə İsrail Müdafiə Qüvvələrinə istinadən xəbər verir.

"İsrail Müdafiə Qüvvələri İrandan İsrail dövlətinin ərazisinə raketlərin atıldığını aşkar edib", - deyə bəyanatda bildirilib.

Xəbər lenti

Kiyevdə matəm elan edilib