Image

BMT TŞ-nin İranla bağlı təcili iclası çağırılıb

BMT Təhlükəsizlik Şurası Yaxın Şərqdə artan gərginlik fonunda İranla bağlı təcili iclas çağırıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Şuranın 10112-ci iclası 28 fevral 2026-cı il tarixində Bakı vaxtı ilə saat 01:00-da Nyu-Yorkda keçiriləcək.

İclasın regionda son hərbi eskalasiya və İran ətrafında yaranmış təhlükəsizlik vəziyyətinə həsr olunacağı gözlənilir.

Şura üzvlərinin mövcud vəziyyəti qiymətləndirəcəyi və mümkün diplomatik addımları nəzərdən keçirəcəyi bildirilir.

Xəbər lenti

Kiyevdə matəm elan edilib