"1 milyon borcu olanın 5 milyonluq əmlakına həbs qoyulur" - Fazil Mustafa
“Əmlak tam olaraq mülkiyyət anlamına gəlmir”.
Gundem.az xəbər verir ki, bunu, Milli Məclisin 16 fevral 2024-cü il tarixli iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib:
“Borclunun əmlakının üzərinə həbs qoyulması yox, borclunun borca adekvat əmlakına həbs qoyulması qeyd edilməlidir. Praktikada çoxdur bu cür hallar. 1 milyon borcu olan borclunun 5 milyonluq əmlakına həbs qoyulur. Bunu indidən nəzərə almaq lazımdır ki, sonradan problemlər yaranmasın”. (Sfera.az)
Mənbə: gundem.az