Image

"Milan" klubu satılır? - Kardinale məsələyə son nöqtəni qoydu

"Milan"ın sahibi Cerri Kardinale klubun satıla biləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib. Gundem.az xəbər verir ki, o, klubu Avropanın zirvəsinə qaytarmaq istədiyini bildirib:

“Mən klubu A Seriyasının və Avropanın zirvəsinə qaytarmaq istəyirəm. Bu məqsədlərə çatmadan dayanmayacağam”.

Kardinale baş məşqçi Piolinin qovulması ilə bağlı yayılan məlumatları da yalanlayıb:

“Müəyyən mərhələdə narazı qalmağım məşqçinin qovulması demək deyil. Düşünürəm ki, Stefano bu çətin vəziyyətdə komanda ilə yaxşı iş görür. Xatırladaq ki, amerikalı iş adamı 2022-ci ilin iyununda “Milan”ın səhmlərinin əksəriyyətini alıb. (Sfera.az) 

Mənbə: gundem.az

Xəbər lenti

Estoniya Rusiyaya nota verib