Image

HƏMAS israilli girovların azad edilməsini TƏXİRƏ SALIR

Radikal HƏMAS qruplaşmasının hərbi qanadı "Əl-Qəssam Briqadaları" israilli girovların ikinci qrupunun azad edilməsini təxirə salıb.

Gundem.az xəbər verir ki, bu barədə qruplaşmanın "Telegram" kanalı məlumat yayıb.

Bildirilir ki, ikinci qrup məhbusların azad edilməsi İsrail hökumətinin Qəzza zolağının şimal hissəsinə humanitar yardım daşıyan yük maşınlarının daxil olmasına dair razılaşmanın şərtlərini yerinə yetirdikdən və fələstinli məhbusların azad edilməsi ilə bağlı razılaşmalara əməl etməyə başladıqdan sonra baş verəcək.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Rafael Rafovitz bildirib ki, HƏMAS İsrail həbsxanalarında olan 39 fələstinlinin qarşılığında 13 nəfəri azad edəcək.

Mənbə: gundem.az

Xəbər lenti

"Bitcoin" yenidən ucuzlaşıb

“Brent” bahalaşıb

Azərbaycan nefti bahalaşıb