Şəkidə 10-a yaxın avtomobil toqquşub - VİDEO
Şəkinin Qoxmuq körpüsü adlanan ərazisində zənzirvari qəza baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən aydın olur ki, yol-nəqliyyat hadisəsi zamanı biri mikroavtobus olmaqla 10-a yaxın avtomobil toqquşub.
Sürücülər arasında xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
BAKU.WSMənbə: baku.ws