Image

"Su problemini həll etmək üçün anbarlar YARADILSIN" - VİDEO

“Su təsərrüfatından istifadə üçün Azərbaycanın imkanları məhduddur. Bunun aradan qaldırılması üçün su anbarları yaradılmalıdır”.

Gundem.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fəzail Ağamalı “Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişiklik edilməsi barədə birinci oxunuşda müzakirə zamanı bildirib.

“Vətəndaşın sudan istifadə ilə bağlı yeni münasibət sərgiləməsinə ehtiyac var. Bunun da üzərinə hansısa qaydada gedilməlidir” - deyə deputat əlavə edib. F.Ağamalı qeyd edib ki, bir çox yerlərdə çaylar, sular axıb gedir, onların hamısını bir yerə yığıb təsərrüfatda istifadə edilməsinə nail olmaq lazımdır.

Deputat eyni zamanda yeni yaşayış massivlərində kanalizasiya seitemi ilə bağl problemlərin olduğunu və təkmilləşməyə ehtiyac olarsa bu məsələyə diqqətlə yanaşılmasını vacib sayıb.

Mənbə: gundem.az

Xəbər lenti