Image

"Barselona"da yeni REKORD: Levandovski onu geridə qoydu - FOTO

"Barselona"nın hücumçusu Robert Levandovski klubun sabiq hücumçusu Tyerri Anrini geridə qoyub.

Gundem.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, Levandovski "Selta" ilə matçda klubda 50-ci qolunu vurub. Beləliklə, polşalı futbolçu "Barselona"da 49 qol vuran Anrini keçib.

Xatırladaq ki, İspaniya çempionatının 25-ci turunun “Barselona” – “Selta” matçı Viqoda, “Balaidos” stadionunda baş tutub və Kataloniya klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Bu mövsüm “Barselona”nın polşalı forvardı klubun heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 17 qol vurub və 6 məhsuldar ötürmə edib. (Sfera.az) 

Mənbə: gundem.az

Xəbər lenti

Estoniya Rusiyaya nota verib