Image

"Rusiya NATO-ya hücum edəcək" - Alman nazir VAXTI AÇIQLADI

"Rusiya yaxın 5-8 il ərzində NATO-ya hücum edə bilər". 

Gundem.az xəbər verir ki, bunu "Bloomberg"ə Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

“NATO ərazisinə hücumun nə zaman baş verəcəyini dəqiq deyə bilmərəm. Amma bu, beş-səkkiz il ərzində baş verə bilər”, - Almaniya müdafiə naziri bildirib.

Xatırladaq ki, bundan əvvəl Pistorius Rusiya ilə müharibə ehtimalını etiraf edib.

Qeyd edək ki, NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauer də bildirib ki, alyansın fevral ayında başlayan təlimləri NATO ilə Rusiya arasında mümkün hərbi münaqişəyə hazırlığa həsr olunub. (Sfera.az) 

Mənbə: gundem.az

Xəbər lenti