Finlandiya Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Finlandiya Prezidenti Sauli Niinistö Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
BAKU.WSMənbə: baku.ws