Image

Unibank strateji prioritetlərini və korporativ dəyərlərini təqdim edib - FOTO

Unibank 2024-2026-cı illər üçün hədəflərini, prioritetlərini açıqlayıb.

Bankın rəhbər heyəti vəəməkdaşların iştirakı ilə yeni strateji prioritetlərin və korporativ dəyərlərinin təqdimatmərasimi keçirilib. Tədbirdə ötən strateji dövrün hesabatı da verilib.

Unibank KB İdarə Heyətinin sədir Fərid Abuşov, ötən strateji dövrdə qarşıya qoyulanməqsədlərə çatıldığını və qarşıdakı illərdə bank komandasını yeni və daha böyük hədəflərgözlədiyini bildirib.

Yeni strateji istiqamətlər haqqında məlumat verən sədr bildirib ki, qarşıdakı 3 il ərzində Bank əsas bazarda iştirak effektivliyini artırmaqla yanaşı, KOB vəbiznes seqmentlərinə xidmətə əhəmiyyətli dərəcədə fokuslanmağı hədəfləyir.

Rəqəmsallaşmanın inkişafı, maliyyə dayanıqlılığı, müştəriyönümlülüyün artırılması vəictimai iştirakçılıq da bankın strateji prioritetləri sırasınadır.Fərid Abuşov Unibankın yeni dəyərlərini də bank komandasının diqqətinə çatdırıb.

Cəsarətləyeniliklərə imza atmaq, dayanıqlılığı təmin etmək, dürüstlüyü nümayiş etdirmək, komandaişini təşviq etmək, davamlı təkmilləşmək və müştərilər üçün dəyər yaratmaq Bankın əsasdəyərlərini təşkil edir. Bank sədri yeni strateji hədəflərin və dəyərlərin Unibank komandasıqarşısında böyük məsuliyyət qoyduğunu vurğulayaraq, bank kollektivini hər zaman yeniçağırışlara hazır olmağa çağırıb.

Tədbir zamanı çıxış edən müxtəlif bölümlərin rəhbər şəxsləri yeni strateji prioritetlərin vədəyərlərin komandanın hər bir üzvü üçün həm də fərdi inkişaf planı olduğunu bildiriblər.

Hər bir əməkdaş bankın inkişafına öz dəstəyini eyni zamanda özünü inkişaf etdirməklə verə bilər.Rəhbər şəxslərin dəyərləri real həyat nümunələri, öz fərdi inkişaf hekayələri əsasındakomanda üzvlərinə çatdırması yüksək maraqla qarşılanıb. Gündəlik fəaliyyət nümunələri iləizah edilən dəyərlər, bank əməkdaşları tərəfindən daha dərindən mənimsənilib.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM vəfiliallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. Eyni zamada bank xidmətlərininəlçatanlığını artırmaq üçün 2022-ci ildə Leobank layihəsini bazara təqdim edib.

31 ildən artıq dövrdə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq vəyerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Bank haqqında ətraflı: https://unibank.az/ səhifəsindən öyrənə bilərsiniz.

Unibank-Sənin Bankın!

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti