Məhkumlar Naxçıvan duzundan müxtəlif heykəllər hazırlayıblar - VİDEO
Naxçıvanda məhkumlar duzdan müxtəlif miniatür heykəllər və fiqurlar hazırlayıblar.
BAKU.WS xəbər verir ki, bu barədə görüntüləri aparıcı Fira Cəlilova sosial şəbəkədə paylaşıb.
Bildirilib ki, artıq Naxçıvan duzu sənət əsərləri kimi dünya ölkələrində nümayiş olunacaq.
Əli işləri arasında “Küsüşən” butalar, tar, kamança, qaval, “Çay dəstgahı”, “Mömünə Xatun türbəsi”, “Azərbaycan bayrağı”, “Saz”, “Delfin” çıraqlar, güldanlar, vaza və digərləri var.
BAKU.WSMənbə: baku.ws