Ronaldo boksla bağlı suala belə cavab verdi
Boksçusu Maqomed Kurbanov portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo ilə görüşünün təfərrüatlarını bölüşüb.
Bu barədə Gundem.az BAKU.WS-ə istinadən xəbər verir.
Tanınmış idmançılar Səudiyyə Ərəbistanında nazir və idman üzrə baş idarəsinin rəhbəri Türki əl Şeyxin təşəbbüsü ilə inşa edilən yeni idman zalını gəzmək üçün bir araya gəliblər.
"İdman zalına gedərkən döyüşlərdən, ağırlıq qaldırmadan danışırdıq. Qarşıdakı döyüşdə mənə uğurlar arzuladı. Nə vaxtsa rinqə çıxıb-çıxmayacağını soruşdum. O mənə "xeyr" dedi", - deyə Qurbanov deyib.
Xatırladaq ki, Qurbanov martın 8-də özbəkistanlı İsrail Madrimovla WBA çempionluq kəməri uğrunda döyüşəcək.
Döyüş Ər-Riyaddakı "Knockout Chaos" boks gecəsində baş tutacaq.
Mənbə: gundem.az