Image

Azərbaycanın ən yaşlı tələbəsi - FOTO

Azərbaycanda ən yaşlı tələbə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan 73 yaşlı Musa Mahmudovdur.

BAKU.WS xəbər verir ki, o, təhsil müəssisəsində arıçılıq ixtisası üzrə təhsil alır.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə səfəri zamanı M. Mahmudovla görüşüb və ona təhsil həyatında uğurlar arzulayıb.

Qeyd edək ki, M. Mahmudov 1951-ci ildə Qəbələnin Vəndam kəndində doğulub. O, 2004-cü ildən arıçılıqla məşğuldur.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb