“Qarabağ” “Bayer”ə qarşı
Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxacaq.
Gundem.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 1/8 final mərhələsi çərçivəsində Almaniya Bundesliqasının lideri “Bayer”lə üz-üzə gələcək.
Leverkuzen təmsilçisinə qrup mərhələsində iki dəfə uduzan (1:5, 0:1) “Qarabağ” doğma divarlar arasında güclü rəqibi büdrətməyə çalışacaq.
Bu komandalar arasında cavab oyunu martın 14-də Leverkuzendə keçiriləcək.
Avropa Liqası 1/8 finalın ilk oyunu 7 mart
21:45. “Qarabağ” – “Bayer” Baş hakim: Benua Bastien (Fransa). Tofiq Bəhramov adına Respublika stadionu.
Mənbə: gundem.az