Məşhurlar motosiklet qəzasında ölən aktyorun yasında göz yaşlarına boğulular - VİDEO
Ötən gün motosiklet qəzasında dünyasını dəyişən aktyor Efe Deprem torpağa tapşırılıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyorun yasında ailə üzvləri yaxınları və qohumları ilə yanaşı tanınmış sənət dostları da yer alıblar.
Onlardan bəziləri mətbuata açıqlama verərək Efe ilə yaşadıqları xoş xatirələrdən danışıblar. Onlar arasında Merve Dizdar, Şoray Uzun, Alper Saldıran və Begüm Öne olub.
42 yaşlı Efenin yası Karacacaahmet Şakir məscidində keçirilib, mərasindən sonra Ümraniye Kısıklı Namazgah qəbiristanlığında dəfn olunub.
Xatırladaq ki, Efe Deprem həmkarı aktrisa Burcu Altınla ailəlidir.Cütlüyün bir övladı var. O "Evim Sensin", "Sevimli Tehlikeli", "Aşk Oyunu", "Bir Gece", "Mutluyuz" kimi ekran işlərində rol alıb.
BAKU.WSMənbə: baku.ws