Image

63 yaşlı keşiş 12 yaşlı qızla evlənib

Qanada 63 yaşlı nüfuzlu keşiş 12 yaşlı qızla evlənib və ictimaiyyətin qəzəbinə səbəb olub.

Bu barədə “Ghana Web” məlumat yayıb.

Numo Borketi Love Tsuru martın 30-da qızla evlənib. Mərasimdə onlarla yerli sakin iştirak edib.

Toyda olan qadınlar gənc gəlini evlilik vəzifələrinə hazırlaşmağa, keşiş üçün daha seksual cazibədar olmaq üçün geyinib ətir sürməyə təşviq ediblər.

Yerli akinlər Tsuru haqqında araşdırma aparılmasını tələb ediblər.

Həm qızın, həm də keşişin mənsub olduğu Nungua icmasının liderləri bildiriblər ki, toy mərasimi ilə bağlı tənqidlər cahillikdən irəli gəlir. 

İcma liderlərinin sözlərinə görə, qız gələcəkdə keşişin arvadı olmaq üçün 6 il əvvəl lazımi ayinləri keçirməyə başlayıb. Onlar bunun onun təhsil almasına mane olmadığını vurğulayıblar.

Buna baxmayaraq, qəzəblənən yerli sakinlər ölkə qanunlarını pozduğu üçün nikahın pozulmasını tələb ediblər. Qanada evliliyə yalnız 18 yaşından icazə verilir.

BAKU.WS

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu