Yenidən seçilməyən eks bələdiyyə sədri 40 illik yolu bağlayıb, üzərində ağac əkdi - FOTO
Türkiyədə, Aydının Karacasu rayonunun Alemler məhəlləsində uzun müddət bələdiyyə sədri vəzifəsini icra edən Muhammed Dibek 31 martda üçüncü dəfə namizəd olduğu seçkilərdə məğlub olub.
Seçkidən 1 gün sonra Dibek 5 təsərrüfat və 28 nəfərin istifadə etdiyi yolu bağlayıb və yola zeytun ağacları əkib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna əsas kimi, torpağın sənədlərlə də özünə aid olduğunu gösrtərib.
Yaranmış vəziyyət yerli sakinlərin qəzəbinə səbəb olub.
“Mən bu məhəllədə yaşayıram. 30-40 ildir ki, bu yoldan istifadə edirik. Əsas yolumuz qəbiristanlıqdan keçir. 50-60 qəbir var. Ona görə də bu yoldan istifadə edirik. Hökumətimizdən və dövlətimizdən həll gözləyirik. Bu qəbirləri götürməliyik ki, buradan yol keçsin? Yolu belə bağlamaq lazımdır?
Təcili yardım gəlsə və yanğınsöndürmə xidməti gəlsə nə olar? Heç bir məlumat verilmədən, alternativ yaradılmadan bu yol niyə bu şəkildə bağlanıb? Əlbəttə, o, öz yolunu istifadə etmək istəyə bilər, amma məncə, onun bu şəkildə etməsi düzgün olmazdı”, -deyə etiraz edən sakinlərdən biri deyib.
BAKU.WS

