Image

"MasterChef"in münsifinin 22 yaş kiçik sevgilisi ilə səmimi görüntüləri - FOTO

"TV8" kanalında yayımlanan "MasterChef Türkiye" yarışmasının münsifi Somer Sivrioğlu şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o gecə klublarından birində özündən 22 yaş kiçik aktrisa Aslı Turanlı ilə görüntülənib.

Cütlük səmimi halı ilə diqqət çəkib. Somer Aslını qucaqlayaraq alnından öpüb.

Çəkilişi görən zaman narahat olmağa başlayan Somerlə Aslı əyləncələrini daha sonra başqa bir gecə klubunda davam etdiriblər.

Çöldə jurnalistləri görən Somer "İşinizə baxın, nə eşqi?" deyərək görüntüləri təkzib edib.

Xatırladaq ki, Somer Sivrioğlu bir müddət əvvəl 18 illik həyat yoldaşı ilə xəyanətə görə ayrılıb. 

BAKU.WS

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu