Image

“Taliban”la İran sərhədçiləri arasında TOQQUŞMA

“Taliban” hərəkatının tərəfdarları Əfqanıstanın cənub-qərbindəki Nimroz vilayətində İran sərhədçiləri ilə toqquşublar.

BAKU.WS “Oxu.Az”a istinadən xəbər verir ki, qarşıdurma səbəbindən sərhəd bağlanıb. “Taliban” iranlı sərhədçilərdən birini saxlayıb.

Hərəkatın nümayəndələri toqquşmalarla bağlı məlumatı hələlik şərh etməyiblər. İran tərəfi isə bəyan edib ki, günün ikinci yarısında baş vermiş münaqişə artıq öz həllini tapıb.

BAKU.WS

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu