Image

"Brent" markalı neftin qiyməti 90 dolları ötüb

"Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında 29 oktyabr 2023-cü ildən bəri ilk dəfə 90 dollar/bareldən yuxarı qalxıb.

Gundem.az-ın məlumatına görə, bu barədə ticarət platformasından məlumat verilib.

Saat 21:02 (Bakı vaxtı) üçün olan məlumata əsasən, "Brent" markalı neftin qiyməti 0,51 faiz artaraq 90,02 dollar/barelə çatıb.

Bakı vaxtı ilə saat 21:11-də "Brent"in qiyməti 90,6 dollar (+1,17%) təşkil edib. Eyni zamanda, "WTI" markalı neftin may fyuçerslərinin qiyməti 0,14 faiz artaraq 85,8 dollar/barelə çatıb.

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu