Image

Futbol oynayan 18 məktəbli futbolçunu ildırım vurub

Yaponiyanın Miyazaki şəhərində futbol matçı zamanı 18 məktəblini ildırım vurub.

BAKU.WS xəbər verir ki, bu barədə “Metro” məlumat yayıb.

Hadisə yerli universitetin futbol stadionunda baş verib, iki məktəb komandası təlim-məşq toplanışı keçirib və uşaqları qəfil ildırım vurub.

18 futbolçu yanıq xəsarətləri alıb, iki qurbanın ürəyi dayanıb, uşaqlar xilas edilib, vəziyyətləri son dərəcə ağır qiymətləndirilir. Hadisədən bir müddət əvvəl Yaponiya Meteorologiya Bürosu tufan xəbərdarlığı etsə də, matç ləğv edilməyib.

BAKU.WS

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu