Gökçe Bahadırdan 20 il ETİRAFI- FOTO
Türkiyəli məşhur aktrisa Gökçe Bahadır tədbirlərdən birində görüntülənib.
BAKU.WS xəbər verir ki, ayaqüstü jurnalistlərin suallarıbı cavablayan aktrisa 20 illik karyerasında özünə aid qaydalar qurduğunu söyləyib:
"Günə özümü hazırlayaraq başlayıram. Günün bir saatı özünüzə vaxt ayırmalısınız. Bunu etdiyiniz təqdirdə istənilən rolun öhdəsindən gələcəksiniz. Bir rolu canlandırmazdan əvvəl onu məşq edərək özünüzünküləşdirə bilərsiniz. 20 illik karyeram boyunca özümə uyğun yaratdığım qayda-qanunlarla irəlilədim".
Xatırladaq ki, Gökce Bahadır hazırda "Ömer" serialında rol alır.
BAKU.WS
